Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik


10.01.2021  11:15 

Koronavirus zamanı bu simptom ölümün riskini 44% artırır





A+  A-

Koronavirusun ən yayılmış simptomu yüksək qızdırmadır. Lakin bəzən koronavirus xəstəsində qızıdırma nəinki qalxmır, əksinə kəskin düşür. Mütəxəssislər bildirirlər ki, bu çox təhlükəli simptomdur. Həkimlərin müşahidələrinə görə, qızıdırması aşağı olan koronavirus xəstələri 44% hallarda ölür.
XəzərNews.az xəbər verir ki, koronavirus zamanı qızıdırmanın düşməsi orqanizmdə gedən ciddi patoloji proseslərə işarə edir.

"Qırmızı zona"da işləyən həkim Maksim Yudiçevin sözlərinə görə, koronavrus zamanı 35,5 və daha aşağı bədən hərarəti xüsusilə təhlükəli simptomdur. Bu ona işarə edir ki, zəif immun sistemi orqanizmə düşən virusa qarşı mübarizə aparmır, sanki ona "təslim olub". Bildiyimiz kimi, koronavirusun əsas "dərmanı" məhz immunitetdir. İmmun sistemi yaxşı işləmədikdə virus orqanizmdə sürətlə yayılır və onu məhv edə bilər.

Aşağı hərarət koronavirusun ən ağır fəsadı olan kəskin respirator distress-sindromunun inkişafına da işarə edə bilər. Distress-sindrom zamanı ağciyərin böyük hissəsi zədələnir və ağır nəfəsalma çatışmazlığı yaranır ki, bu da xəstənin ölümünə səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq həkimlər koronavirus xəstələrinə qızıdırmanı tez-tez ölçməyi və qızdırmanın kəskin aşağı düşməsi zamanı vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edirlər. (saglamolun.com)

Xəbər 3295 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +