Rus ordusu Otradnoye yaşayış məntəqəsini ələ keçirib
“Cll Avto Shop“ MMC-yə maliyyə sanksiyası tətbiq edilib
2025-ci il Tibb üzrə Nobel Mükafatını onlar aldı
Zelenski: Ukraynanın müdafiə sənayesi onlarla dəfə artıb
Viktor Orban Azərbaycana səfərə gəlib
14 yaşlı qıza təcavüz edən 17 yaşlı yeniyetmə həbs edildi
"Ərim mənimlə eyni yatağı paylaşmır"
Mərdəkan yolunda yeni dəyişiklik
Saxlanılan QHT sədrləri sərbəst buraxıldılar
Gürcüstanda baş verənlərə Rusiyadan reaksiya


11.05.2020  11:37 

Bakıda I sinfə qəbul üçün 43 mindən çox elektron müraciət olunub





A+  A-

Mayın 11-nə (saat 10:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43 739 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 85 faizindən çoxdur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən XəzərNews.az-a verilən məlumata görə, 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla). Tədris digər dillərdə aparılan bölmələr üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin vaxtı ilə bağlı valideynlərə SMS vasitəsilə əlavə məlumat veriləcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.

Belə ki, elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək. Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əks əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin Məlumat sorğu mərkəzinə (012 599-12-22) zəng etməklə cavab ala bilərlər. Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının

alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar tibbi-gigiyenik normaların qorunması məqsədlərinə xidmət edir.

Onu da qeyd edək ki, birinci sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

Xəbər 2472 dəfə oxunub.




06.10.2025  14:10 

Mərdəkan yolunda yeni dəyişiklik

06.10.2025  13:53 

Ersin Tatar Azərbaycana gəldi

06.10.2025  13:38 

Suriyada güclü partlayış

06.10.2025  12:40 

Baş nazir istefa verdi- FOTO

06.10.2025  12:36 

Dini obyektlərə terror hücumu

06.10.2025  12:34 

Sabah hava necə olacaq?

06.10.2025  11:43 

Əlilliklə bağlı yeni qaydalar

06.10.2025  11:26 

Baş nazir Azərbaycana gəlir

06.10.2025  10:52 

Zibil maşını aşdı -VİDEO


BÜTÜN XƏBƏRLƏR +