Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik


06.03.2020  14:10 

Hindistanda etirazlarda ölənlərin sayı 53-ə çatdı





A+  A-

Hindistanın paytaxtı Yeni-Dehlidə vətəndaşlıq haqqında qanuna edilən dəyişikliyin səbəb olduğu etirazların ikinci dalğasında ölənlərin sayı 53-ə çatıb.
XəzərNews.az Hindistin KİV-nə istinadən xəbər verir ki, paytaxtın şimal-şərqində etirazlar zamanı baş verən şiddətli toqquşmalarda 51 mülki şəxs, bir polis və bir kəşfiyyatçı həyatını itirib. Polis rəsmiləri etirazlarla əlaqədar 1820 nəfərin saxlanıldığını açıqlayıb. Bununla da 2019-cu ilin dekabrından etibarən davam edən aksiyalarda ümumilikdə həyatını itirən mülki şəxslərin sayı 79-a çatıb.

Xatırladaq ki, etirazlara səbəb qanunda edilən dəyişikliklərdə müsəlmanlara qarşı yol verilən ayrıseçkilik olub. Belə ki, yeni qanuna əsasən müsəlmanlar istisna olmaqla, qonşu ölkələrdən qanunsuz yolla gəlmiş miqrantlar sadələşdirilmiş qaydada vətəndaşlıq ala biləcəklər. Bu qərar müsəlman əhali tərəfindən qəzəblə qarşılanıb.

Xəbər 3119 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +