7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


17.01.2020  09:14 

Trampın impiçmenti prosesi başladı





A+  A-

ABŞ Prezidenti Donald Trampın impiçmenti prosesi başlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb. Qeyd edilir ki, ABŞ Ali Məhkəməsinin sədri Con Roberts və senatorlar impiçment prosesinin başlanğıcı kimi and içiblər.

Daha sonra Amerika Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komissiya rəhbəri Adam Şiff Ağ Ev rəhbərinə qarşı əsas ittihamı oxuyub.

İmpiçment prosesində senatorlar andlılar, konqresmenlər ittihamçı, C.Roberts isə hakim qismində çıxış edəcəklər. Yekun qərarı isə senatorlar verəcəklər.

Qeyd edək ki, Nümayəndələr Palatası Trampa qarşı ötən ilin dekabrında iki maddə üzrə ittiham irəli sürüb: vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və Konqresin işinə mane olmaq.

Tramp ölkə tarixində impiçment elan edilən üçüncü prezidentdir.

Xəbər 3163 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +