Ərdoğan Azərbaycana səfərə gəlib
Əgər saziş imzalanıbsa, bu yaxşıdır, amma... - Köçəryan
Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib
“Çay”ın içərisində narkotika - Foto
Bakıda və Abşeronda külək küclənib
Ukraynada daha bir azərbaycanlı öldürüldü
Meftahətdinovanın yerinə təyinat oldu
Mehri dəmir yolu: tarixi mülkiyyət və siyasi manipulyasiyalar
Arestoviç axtarışa verildi
Avtobus dərəyə aşdı: Ölənlər var -FOTO


09.01.2020  10:43 

Neft bahalaşır





A+  A-

Son günlər İranla- ABŞ arasında yaranmış gərginlik neftin qiymətinə təsirsiz ötüşmür. Belə ki, dünya birjalarında neftin qiyməti ötən il dekabrın sonları ilə müqayisədə bahalaşıb.
XəzərNews.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,46 dollar (0,7 fazi) artaraq 65,92 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar (0,86 fazi) bahalaşaraq 60,12 dollar təşkil edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq etmək qərarına gəldiyini açıqlayıb. O, bu məhdudiyyətlərin nədən ibarət olacağını dəqiqləşdirməyib. Amerika liderinin sözlərinə görə, Administrasiya İranın ABŞ hərbi qüvvələrinin İraqda yerləşən hərbi bazalarını atəşə tutmasından sonra cavab tədbirləri görmək üçün variantları öyrənməyə davam edəcək. Eyni zamanda, Prezident rəsmi Vaşinqtonun sülh istəyənlərin hamısı ilə barışıq sazişi imzalamağa hazır olduğunu bəyan edib.

Xəbər 3837 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı

07.10.2025  10:10 

Ruslar Poltava və Sumını vurdu

07.10.2025  02:04 

Rus ordusu Pokrovskda irəliləyib

07.10.2025  00:02 

Xarkovda güclü partlayışlar

07.10.2025  00:00 

Bu ölkədə güclü zəlzələ

06.10.2025  17:37 

Gilan Kərpic Zavodunda ölüm...


BÜTÜN XƏBƏRLƏR +