Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik


13.12.2019  16:43 

Bakıda mənzillərin qiyməti ucuzlaşdı





A+  A-

Bakıda ötən ay həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə azalma qeydə alınıb.
XəzərNews.az-ın məlumatına görə, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, noyabr ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 4.84 faiz, ilkin mənzil bazarında isə 1.57 faiz azalma müşahidə olunub.

Ekspert bildirib ki, ötən illə müqayisədə də təkrar mənzil bazarında azalma qeydə alınıb. Belə ki, təkrar mənzil bazarında azalma 1.4 faiz təşkil edib.
İlkin mənzil bazrında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.87 faiz artım qeydə alınıb.

N.İbrahimovun sözlərinə görə, ötən ay ərzində qiymətlərdə azalma mövsümi xarakter daşıyıb.

O qeyd edib ki, noyabr ayı yağmurlu və tikinti üçün qənaətbəxş ay olmayıb və bu da qiymət azalmasına təsir göstərib.

Xəbər 3794 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +