Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik


24.06.2019  12:54 

Təhsil Nazirliyindən dərsliklərlə bağlı çağırış





A+  A-

2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir.
XəzərNews.az xəbər verir ki, Təhsil Nazirliyi alimləri, təhsil işçilərini, ziyalıları, valideynləri və bütün digər maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair öz arzu, irad və təkliflərini bildirməyə dəvət edir.

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsində iştirak etmək istəyənlər www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsinə daxil olmaqla yerləşdirilən istənilən layihəni oxuya bilər, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazaraq prosesə öz töhfələrini verə bilərlər. İrad və təkliflər [email protected] elektron poçtuna göndərilməklə də bildirilə bilər.

2019-cu ilin aprel ayının ortalarından başlamış proses iyul ayının ortalarına qədər davam edəcək. Hazırda ən çox baxış sayının I sinif “Azərbaycan dili (tədris dili)” dərslik layihəsinə aid olduğu müşahidə edilir.



Xəbər 3157 dəfə oxunub.




07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +