Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik


15.04.2019  11:32 

Yığmamız Avropa üçüncüsü oldu





A+  A-

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.
XəzərNews.az xəbər verir ki, qitə birinciliyində bir gümüş və iki bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamız 76 xal toplayaraq, komanda hesabında 3-cü yeri tutub. Rusiya (192) birinci, Türkiyə (132) isə ikinci olub.

Maraq üçün qeyd edək ki, millimizə ən çox xalı finala kimi irəliləyən İslam Abbasov qazandırıb. Avropa ikinciliyinə görə komandamızın hesabına 20 xal yazılıb. Bürünc medalçılar - Eldəniz Əzizli və Taleh Məmmədovdan hərəyə 15 xal gəlibsə, medal görüşündən məğlub ayrılan Orxan Nuriyevin əldə etdiyi xal 10-a bərabər olub. Yığmamıza digər xallar Sabah Şəriəti (8), Murad Məmmədov (6) və debütant Ülvi Qənizadədən (2) gəlib.

Xəbər 2875 dəfə oxunub.




07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +