7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


28.11.2018  16:08 

Qarabağ Komitəsi yenə mitinq təyin etdi





A+  A-

Qarabağ Komitəsinin növbəti toplantısı keçirilib.
Qurumdan XəzərNews.az-a bildirilib ki, toplantıda öncə təşkilati məsələlərə baxılıb. Şaiq Süleymanov, Fikrət Cəfərlu, Aydın Canıyev, Nazim Quliyev, Rüfət Hacıbəyli və Cəfər Baxış yekdilliklə Qarabağ Komitəsinə üzv seçiliblər. İclasda digər gündəm məsələləri də müzakirə olunub.

İlham İsmayılın sədrliyi ilə keçirilən gərgin və ciddi müzakirələrdə Qarabağ Komitəsinin qarşıdakı müddət üçün fəaliyyət proqramı müzakirə olunub və müzakirələrdə Əvəz Zeynallı, Tural Abbaslı, Akif Nağı, Rövşən Məmmədli, Pənah Hüseyn, Əhəd Məmmədli, Mirmahmud Mirəlioğlu, Sahib Kərimli, Sahib Mirzəyev, Rəşid Əlibəyli və digərləri bu və ya digər məsələlər ətrafında fikirlərini bildiriblər.

Qarabağ Komitəsi 22 nəfər lehinə, 4 nəfər əleyhinə, 2 nəfər isə bitərəf olmaqla dekabrın 15-nə yenidən mitinq təyin edib.

Mitinqin Bakı şəhərindəki "Məhsul" stadionunda saat 15.00-17.00-da "Qarabağa azadlıq!", "İşğala son!" şüarları ilə keçirilməsi qərara alınıb.

Xəbər 3166 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +