Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi
Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək


20.08.2018  14:21 

Ermənistan Azərbaycanla sərhədə polis qoşunları göndərir





A+  A-

Ermənistanın polis qoşunlarını Azərbaycanla sərhədə döyüş növbətçiliyinə göndərir.
XəzərNews.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilk qrupun avqustun 23-də sərhədə göndəriləcəyi bildirilir.

Ermənistan polisinin rəhbəri Valeri Osipyan göndəriləcək polislərin bəzilərinin aprel döyüşlərində iştirak etdiyini qeyd edib.

“Polis dəstələri öz intizamı ilə fərqlənir. Sizin böyük təcrübəniz var, bəzi komandirlərinizin döyüş təcrübəsi də var. Mən əminəm ki, döyüş missiyasını layiqincə yerinə yetirəcəksiniz” – göndəriləcək polis dəstələri qarşısında çıxışı zamanı Osipyan bildirib.

O, özü də imkan yaranan kimi cəbhə bölgəsinə gələcəyini qeyd edib.

Qeyd edək ki, ilk dəstələrin avqustun 23-də Ermənistanın Tavuş rayonuna Azərbaycanın Qazax və Tovuz rayonların ilə sərhədə göndəriləcəyi bildirilib.

Xəbər 2697 dəfə oxunub.



09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +