Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik


16.05.2018  16:18 

Alışanovun ayağı İTV-dən kəsilir - Kanalda təmizləmə başladı





A+  A-

İctimai Televiziyada (İTV) köhnə rəhbərliyin yola salınmasından sonra köklü dəyişikliklər gedir.
XəzərNews.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, uzun illər AzTV sədri Arif Alışanovun tapşırıqlarından, maddi maraqlarından asılı duruma düşən İTV-də artıq şərtlər dəyişib.

İlk olaraq, Arif Alışanovun İTV-yə uzanan maraqlarının qarşısı alınıb, onun bu kanaldakı "kassiri" Şahin İbrahimovun məşhur seyfi yığışdırılıb.

Yeni rəhbərlik İTV-də rüşvətə son qoyulduğunu, belə bir hərəkətə yol verənlərin hüquq-mühafizə orqanlarına təhvil veriləcəyini, şəffavlığın əsas hədəf olduğunu bildirib.

Bir çox verilişlərin dərhal bağlandığı, köklü kadr dəyişikliklərinə hazırlıq getdiyi də bildirilir.

Yaxın günlərdə AzTV rəhbərliyinin də yola salınacağı və bu dövlət kanalında da islahatlara başlanacağı vurğulanır.

Xatrladaq ki, may ayının 11-də İTV-nin direktoru Cəmil Quliyev kanalın Yayım Şurasına müraciət edərək səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.

Hazırda İTV-nin baş direktoru vəzifəsini müvəqqəti olaraq Balakişi Qasımov icra edir. Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

Xəbər 3383 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +