7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


03.04.2018  13:05 

Ana ölümünə görə direktor həbs edildi





A+  A-

Şəkidə baş verən ana ölümünə görə cinayət işi açılıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızının martın 28-də Şəki Regional Perinatal Mərkəzində keysəriyə əməliyyatından sonra martın 31-də həmin mərkəzdə vəfat etməsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq məhkəmə-tibb və kompleks məhkəmə-tibb ekspertizaları təyin edilib.

Cinayət işi üzrə mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Məmmədova Saniyə Hüseynovna şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin ediləcək.

Xəbər 3118 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +