Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik


14.02.2018  14:05 

Yol qəzalarında 750 nəfər həlak olub





A+  A-

Ötən il ölkənin avtomobil yollarında 1833 və ya 2016-cı illə müqayisədə 8,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,6 faiz azalaraq 2469 nəfər olub.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onlardan 750-si həlak olub, 1719-u isə yaralanıb. Hadisələrin 43,5 faizi gündüz, 38,0 faizi gecə, 18,5 faizi isə toran vaxtı baş verib, 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,7 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilə nisbətən 4,2 faiz artaraq 518 nəfər, yaralananların sayı isə 14,1 faiz azalaraq 1613 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 51,2 faizi (əvvəlki illə müqayisədə 6,3 faiz çox) nəqliyyat vasitələrinin və piyadaların, 30,8 faizi (22,7 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 18,1 faizi (16,0 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,0 faizini, yaralananların isə 71,4 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 29 hadisə baş verib, nəticədə 16 nəfər ölmüş, 25 nəfər isə yaralanıb. Belə hadisələrin 75,9 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2016-cı ilə nisbətən 17,6 faiz artaraq 3365,4 min olub. Xətaların 52,5 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (2016-cı illə müqayisədə 23,5 faiz çox), 10,0 faizi dayanma və ya durma qaydalarının pozulması (1,3 faiz az), 10,0 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (0,9 faiz çox), 9,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (46,2 faiz çox), 3,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (0,8 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 73,7 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Xəbər 3101 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +