Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik


17.11.2017  22:17 

Ucarda dəhşətli qəza





A+  A-

Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində baş verib.

Gəncə şəhər sakini Gəray Aydın oğlu Məmmədov idarə etdiyi “Opel” markalı minik maşını ilə hərəkətdə olarkən yolun hərəkət hissəsinə çıxan Ucar rayonun Pirkənd kənd sakini, 1999-ci il təvəllüdlü Ülvi Ağaismayıl oğlu İsmayılovu vurub. “Opel”markalı maşınının vurduğu piyadanı eyni istiqamətdə hərəkət edən 99 GC 923 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını da vurub. Aldığı xəsarətlərdən Ü.İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, mərhum Ü. İsmayılov hərbi xidmətə çağırılıbmış.

Xəbər 3499 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +