7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


07.11.2017  09:16 

Notariuslarla bağlı yenilik





A+  A-

Azərbaycanda notariuslara lazım olan məlumatları elektron sorğu vasitəsilə əldə etmək hüququ verilir.
XəzərNews.az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Notariat haqqında" qanuna dəyişikliklər edilir. Bu dəyişikliklərlə notariuslar notariat hərəkətlərin aparılması və bununla əlaqədar elektron xidmətlərin göstərilməsi üçün lazım olan məlumat və sənədləri elektron sorğular göndərərək elektron informasiya sistemləri vasitəsilə ilə real vaxt rejimində əldə etmək hüququ qazanırlar.

Layihədə elektron informasiya sistemləri vasitəsilə əldə edilmiş məlumat və sənədlərin mötəbərliyinin təsdiqi məqsədi ilə həmin məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiq edilməsi tələbi nəzərdə tutulub.

Layihədə eyni zamanda notariusların dövlət torpaq kadastrından məlumat almaq hüququ təsbir edilib.

Belə ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, notariusların vergi agenti qismində çıxış etmələri ilə əlaqədar verginin dəqiq və düzgün hesablanması üçün dövlət torpaq kadastrının məlumatları zəruridir.



Xəbər 3353 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +