Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik


31.08.2017  10:24 

“Aləm birdən-birə qarışdı...” - İzzət “Neolit”dəki davadan danışdı





A+  A-

“Heç kimlə dalaşmamışam. Qarşı tərəf məlumatı başqa cür yayıb. Sadəcə mən şou proqramda çıxış edən zaman hadisə baş verib. ”.
XəzərNews.az bildirir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni İzzət Bağırov deyib. Sənətçi dünən "Neolit"restoranında baş verən davada köməkçisinin də zədə aldığını deyib:

“Köməkçim dalaşan şəxslərin arasında qalmışdı, onu da vurublar, zədə alıb. Elə yazıblar ki, guya mən bunu etdirmişəm. 27 ildir ki, səhnədəyəm. Hələ yanımda cangüdən gəzdirməmişəm. Məni hamı tanıyır. Uzaqbaşı yanımda bir işçim olub. Yayıblar ki, cangüdənim adam vurub.

Tutaq ki, mühafizəçim olub, mənim üstümə kimsə cumsa qorumayacaq? Bir daha deyirəm, hadisə mən oxuyan vaxtı baş verib, hər şey də üstümdə qalıb. Qonaqlar arasında bir-birini eşitmirdilər, içkili idilər. Heç kim bir-birinə qulaq asmaq istəmirdi. Aləm birdən-birə qarışdı. Məsələni polis araşdırır. Daha sonra vəkilim dəqiq məlumat yayacaq”.

Xəbər 3536 dəfə oxunub.




07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +