Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik


21.08.2017  10:21 

Bıçaqlanan sürücü xəstəxanaya gedərkən qəzaya düşüb





A+  A-

Gəncədə sürücü yaralı halda idarə etdiyi avtomobillə qəzaya düşüb.
XəzərNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

1976-cı il təvəllüdlü Gəncə şəhər sakini Sərdar Mahmud oğlu Məmmədov yığıncaqda mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb. O öz avtomobilinə oturaraq xəstəxanaya yollanıb. Onu Goranboy rayon sakini, 1963-cü il təvəllüdlü Mehriban Hidayət qızı Məmmədova da müşaiyət edib.

Dövlət nömrə nişanı “22 BJ 376” olan avtomobildə idarəetməni itirən yaralı S.Məmmədov yol kənarındakı divara çırpılıb. Nəticədə sürücü və qadın sərnişini ağır xəsarət alıb. Hazırda bıçaqlanan S.Məhərrəmov əməliyyata götürülüb, qəzada yaralanan M. Məmmədova isə travmotologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 3188 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +