7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


28.04.2017  10:26 

“Danışıqlarda hər şey Ermənistanın siyasi iradəsindən asılı olacaq“





A+  A-

"Azərbaycanın Qarabağla bağlı mövqeyi dəyişməz olaraq qalır".
XəzərNews.az xəbər verir ki, bunu "Report"un Rusiya bürosuna açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Moskvada görüş təşkil edilməsi təşəbbüsü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi kimi çıxış edən Rusiyaya məxsusdur.

"Qarşıdakı danışıqlarda hər şey Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılı olacaq. Təbii ki, xarici işlər naziri yox, onun təmsil etdiyi ölkənin ali baş komandanını nəzərdə tuturam. Söhbət Qarabağ ətrafındakı işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasına hazırlıqdan gedir", - deyə Azərbaycan XİN başçısı bildirib.

Nazir qarşıdakı danışıqlardan müsbət irəliləyiş, müəyyən razılaşmaların əldə olunmasını gözlədiyini vurğulayıb.

E.Məmmədyarov, həmçinin görüşün mətbuat üçün qapalı olmasının Rusiya XİN-in protokol xidmətinin tələbi olduğunu qeyd edib: "Görüşün bağlı qapılar arxasında keçirilməsi özü özlüyündə nəsə maraqlı bir şey gözlənildiyindən xəbər verir".

"Danışıqların yekunları barədə rəsmi bəyanatlardan məlumat öyrənəcəksiniz", - E.Məmmədyarov bildirib.

Xəbər 3163 dəfə oxunub.




07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +