Bakı-Quba yolunda qəzanın - VİDEOSU
Narkotikin təsiri altında avtobus sürən saxlanıldı
Ölkə ərazisində gözlənilən hava şəraiti açıqlandı
Xanım müavin işdən çıxarıldı
Prezident İlham Əliyev Düşənbəyə səfər edib
Azərbaycanlı Gürcüstanda saxlanıldı
Yaşlı qadınlar ərazidə, gənc xanımlar ofislərdə... - “Azəriqaz”a ittiham
Müdafiə üzərində işləyirik - Vladimir Putin
Rusiya Qəbələ sammitini niyə hədəfə alıb?
Putin və Əliyev Düşənbədə görüşəcək


08.10.2025  10:49 

Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO





A+  A-

Vitamin kompleksini qəbul edən vətəndaş xəstəxanalıq olub.

XəzərNews.az Xəzər TV-yə istinadən xəbər verir ki, onun iddiasına görə, həkim məsləhəti ilə vitamin kompleksi almaq üçün paytaxtdakı apteklərdən birinə yaxınlaşıb və iki ədəd vitamin alıb. İlk istifadədən səhhətinin pisləşdiyini görən vətəndaş dərmanın etiketini açıb. Məlum olub ki, etiketin altında bir etiket də var. Bu etiketdə dərmanın istifadə müddətinin bitdiyi qeyd olunub. Digərində isə yeni tarix, yeni gün yazılıb.

Vətəndaş Elvin Əliyev iddia edir ki, həkim məsləhəti ilə aldığı vitamin kompleksinin yararlılıq müddəti bitsə də, qablaşdırmanın üzərindəki tarix dəyişdirlib.

O deyir ki, həmin vitamin kompleksindən istifadə etdikdən sonra səhhəti pisləşib və xəstəxanalıq olub.

Kanalın əməkdaşları iddialara aydınlıq gətirmək üçün sözügedən vitamin kompleksinin satıldığı aptekə yollanıblar.

“Buta” farm şirkəti Cənubi Koreya istehsalı olan “Multivita” dərman vasitəsinin üzərində yer alan “26.07.22” tarix yazılışı ilə bağlı iddialara aydınlıq gətirib. Qeyd olunub ki, Cənubi Koreyada rəsmi tarix formatı “gün – ay – il” deyil, əksinə “il – ay – gün” formatlarında istifadə olunur. Bu halda məhsulun istehsal tarixi “26.07.22”, son istifadə müddəti isə 22 iyul 2026-ci il olaraq qeyd olunub. Bu format beynəlxalq və Koreya sənədlərində təsdiqlənib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirildi ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılması üçün vətəndaşın bu mərkəzə rəsmi qaydada müraciət etməsi zəruridir.

Müraciət daxil olduqdan sonra məsələ qanunvericiliyə uyğun olaraq araşdırılır və zərurət yarandığı halda plandan kənar yoxlama həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Xəbər 3593 dəfə oxunub.




09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı

09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +