Gürcüstan DİN-nə çağırış edildi
Şad Xəbər: Bu şəxslərə ev veriləcək
Qazaxıstan Rusiyaya hücum edib?
Əhaliyə şad xəbər: Bitdi...
Azərbaycanlı şairin vəziyyəti ağırlaşdı -FOTO
Cüdoçularımız finala vəsiqə qazandı
Sərnişin qatarına hücum etdilər, yaralılar var -VİDEO
Fabrikdə partlayış, ölənlər var
Tanınmış aktyor vəfat etdi -FOTO
İlham Əliyev bu işçilərlə bağlı sərəncam imzaladı


29.09.2025  13:11 

Bu avtobuslara qiymət artımı şamil edilməyəcək





A+  A-

Xəbər verdiyimiz kimi, ictimai nəqliyyatda tariflər 1 oktyabr tarixindən dəyişəcək.

XəzərNews.az xəbər verir ki, metroda və müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilib.

Qiymət artımı metronu tam əhatə etsə də, avtobus marşrutlarının böyük hissəsini əhatə etməyəcək.

Belə ki, yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gedişhaqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.

Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

Dəyişiklik daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.

Xəbər 5391 dəfə oxunub.



04.10.2025  15:47 

Qazaxıstan Rusiyaya hücum edib?

04.10.2025  15:23 

Əhaliyə şad xəbər: Bitdi...

04.10.2025  12:47 

Sabahın havası açıqlandı

04.10.2025  12:07 

Tanınmış aktyor vəfat etdi -FOTO

04.10.2025  11:54 

Prezident fərman imzaladı

04.10.2025  11:02 

Kür çayında bir nəfər batıb

04.10.2025  10:07 

Hava limanı bağlandı

03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +