İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


26.05.2018  13:11 

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB





A+  A-

ABŞ-ın F-35 qırıcı təyyarələrinin Türkiyəyə satmaqdan imtina etməsi Türkiyə- Rusiya münasibətlərini daha da gücləndirəcək.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Pentaqon büdcəsinə aid qanun layihəsini qəbul edib. Layihədə Pentaqondan Türkiyənin S-400 hava müdafiə sistemlərinin satın alma prosesi, bunun iki ölkə arasındakı münasibətlərdə potensial təsirləri haqqında hesabatların hazırlanması və bu məsələlər həll edilənə kimi F-35 qırıcı təyyarələrinin satışının təxirə salınması nəzərdə tutulur.

Rusiyalı ekspertlər belə düşünür ki, F-35 qırıcı təyyarələrinin Türkiyəyə satılmasından imtina edilərsə, ölkənin NATO ilə əlaqələri pisləşəcək. Və getdikcə vəziyyət daha da gərgin ola bilər. Rusiyalı ekspert Oleq Ponomarenko bildirib ki, 100 qırıcı təyyarə vəziyyətin nə qədər ciddi olduğunu deməyə əsas verir: “ Türkiyə ilk günlərədn bu proqramın tərəfdaşıdır. 100 qırıcı təyyarədən imtina edilməsi vəziyyəti çox gərginləşdirəcək”.

Rusiyalı ekspertlərin fikrincə ABŞ, Türkiyənin etibarlı müttəfiqi olmadığını anlamağa başlayır. ABŞ həmişə NATO-da dominant mövqeyində olub. Ancaq yavaş-yavaş dominatlığını itirməkdədir.

Xəbər 3036 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +