Motosiklet və skuter oğurlayan şəxslər saxlanılıb
Türkiyə ABŞ-ın Rusiya neftindən imtina tələblərinə cavab verdi
Milyarderin üzünə duran Dərbişev saxlanıldı və öldü...
Nərimanovda oğurluq edən şəxs saxlanılıb
Belçika səmasında 15 PUA görüntüləndi
Bakıxanovda ölüm saçan yol - Hər an fəlakət yaşanır - VİDEO
UEFA açıqladı - Siyahıda “Qarabağ” da var
Polşada Ukrayna hərbçiləri üçün ən böyük təlim mərkəzi açıldı
İstilər yenidən qayıdır - Şənbə gününün havası
Məmurun evindən 340 min pulu oğlunun sevgilisi oğurlayıb


26.09.2025  12:20 

Qiymətlər niyə birdən-birə bu qədər yüksəldi?





A+  A-

Son bir ayda marketlərdə bir çox ərzaq və gündəlik istehlak məhsullarının qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Bu dəyişiklik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, insanlar arasında ciddi narazılıqlar yaradıb. Əhali xüsusilə gündəlik istifadə olunan məhsulların bahalaşmasının ailə büdcəsinə əlavə yük gətirdiyini vurğulayır.

Maraqlı sual isə budur: qiymətlər nə üçün birdən-birə bu qədər yüksəldi?

XəzərNews.az xəbər verir ki, bununla bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı Fuad İbrahimov qeyd edib ki, qiymət artımları var və bu proses mütəmadi şəkildə davam edir:

“Lakin aparılan müqayisələr göstərir ki, dünya bazarlarında məhsullar bu templə bahalaşmır, Azərbaycandakı qiymət artımı daha sürətlə gedir. Təhlillər də sübut edir ki, idxalçı və istehsalçı bəllidir, qiymətlər, daşınma xərcləri, gömrük rüsumları, marketlərin marjaları və vergilər də şəffafdır. Buna baxmayaraq, məhsulun üzərinə əlavə 30-40 faiz qiymət artımı tətbiq edilir. Bu isə müəyyən instansiyalarda inhisarçılığın mövcudluğundan xəbər verir.

Ekspertlər bildirirlər ki, əksər hallarda bu, market şəbəkələrinin öz aralarında apardıqları sövdələşmələrin nəticəsi olur. Belə halların qarşısının alınması üçün sağlam rəqabət mühiti formalaşdırılmalıdır. Yəni bazarda müxtəlif məhsulların çoxlu sayda təchizatçısı olmalı və şəbəkələr genişlənməlidir. Təəssüf ki, hazırda Azərbaycanda bu sistem işləmir və ölkə idxaldan asılı vəziyyətdə qalır”.

Ekspert onu da vurğulayıb ki, daxili istehsal imkanlarının da dəyərləndirilməməsi əlavə problemlər yaradır:

“Dövlət yalnız çörək kimi əsas məhsulu subsidiyalar hesabına müəyyən qədər sabit saxlaya bilir. Digər ərzaqlarda isə davamlı bahalaşmalar müşahidə olunur. Mütəxəssislər hesab edir ki, idxaldan asılılığı azaltmaq və yerli istehsala şərait yaratmaq vacibdir. Lakin istehsalçılar müxtəlif maneələrlə üzləşirlər: işə başlayan kimi bir neçə dövlət qurumunun təzyiqləri ilə qarşılaşır, icazələr və sənədləşmələrdə çətinliklər yaranır. Bu səbəbdən də sahibkarlar fəaliyyətini dayandırmaq məcburiyyətində qalır.

Kənd təsərrüfatı sahəsində də vəziyyət eynidir. Heyvandarlığın inkişafı üçün örüş sahələri məhduddur, əkinçilikdə isə subsidiya və kreditlər formal xarakter daşıyır – torpaq ayrılır, amma su verilməmiş qalır; texnika təqdim olunur, amma enerji təminatı yoxdur. Bəzən məhsul yetişdirilsə belə, bazara çatdırılmasına maneələr olur. Bu da fermerlərin zərərə düşməsinə gətirib çıxarır.

Son illər bir neçə dəfə pomidor sahələrinin tarlalarda qalması, fermerlərin məhsulu məhv olmaması üçün pulsuz paylaması belə halların göstəricisidir. Əldə olunan məhsulun emal müəssisələrinə yönləndirilməməsi, məsələn, tomat pastası istehsalına verilməməsi də ciddi koordinasiya çatışmazlığından xəbər verir.

"Koordinasiya yoxdur. İqtisadiyyat Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi elə templə işləyirlər ki, biz bu templə qeyri-neft sektorunu nə vaxt dirçəldəcəyik, bilmirəm. Allah köməyimiz olsun, sadəcə bunu deyə bilərəm”.

Xəbər 3177 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.10.2025  11:06 

Azərbaycan nefti ucuzlaşdı

03.10.2025  10:29 

Zavodda güclü partlayış -VİDEO

03.10.2025  10:19 

Krımda yanacaq qıtlığı yaranıb


BÜTÜN XƏBƏRLƏR +