Azərbaycanın iqtisadi “liderliyi”: Şişirdilmiş illüziyalar
Kommunikasiyaların vacibliyini bir daha təsdiqlədik - Paşinyan
“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video


01.03.2017  11:10 

Nazirin Buzovnada villa tikən “Receb İvedik”i kimdir?





A+  A-

Hamı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin Almaniya haqda dediklərindən danışır
Baş həkim müsahibəsində Azərbaycan səhiyyəsinin Almaniya tibbindən daha yüksək inkişaf etdiyini söyləyib.

Lakin müsahibədə ən komik məqam təkcə bundan ibarət deyil. Burada başqa əla məqamlar var. Sitat: “Bununla yanaşı xarici ölkə vətəndaşları var ki, müalicə üçün bizə müraciət edirlər”.

Belə çıxır ki, xaricdən 103 yığıb, Bakıdan "skoropomoş" çağırırlarmış. Adam hələ də bilmir ki, nə işlə məşğuldur, təcili yardım nədir, müalicə edən hansı qurumdur.

Nə isə, multfilm belə gülməli olmur. Hətta məhçur türk komediya aktyoru Receb İvedik obrazı belə bu dərəcədə insan güldürə bilməz.

Səhiyyə naziri Oqtay Şirəliyevin bəlkə də ən original və analoqsuz kadrı məhz R.Nağıyev sayıla bilər. Çünki belə bir biabırçı müsahibə bir yana, Bakıdan Almaniyaya təcili yardımın çağırılmasına bişmiş toyuğun da gülməyi gələr.

Əhali çox zaman “təcili yardım”ın gecikməsindən, həkimlərin davranışından, avtomobillərin nasaz vəziyyətindən narazılıq edir.

Həkimlər isə həmişə özlərinə haqq qazandırır, bu narazılıqların obyektiv və subyektiv səbəblərdən meydana çıxdığını bildirirlər.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev isə nazirin belə demədiyi sözləri dilə gətirib.

Axı baş həkim özü gözəl bilir ki, Azərbaycan səhiyyəsi adam öldürür. İnsanlar xarici ölkələrə gedirlər. Hətta məmurlar bu ölkənin səhiyyəsinə etibar etmir. O.Şirəliyev isə ilk dəfə belə unikal kadr təyin edib.

Baş həkim insanları günahlandırıb: “Devalivasiyadan öncə bir çağırışın qiyməti orta hesabla 100 manatdan artıq idi. Bura ayrılmış dərman vəsaitlərinin qiyməti, həkimin maaşı, onun geyimi, nəqliyyat vasitəsinin saxlanması, onun yanacağı, təmiri, bizim fəaliyət göstərdimiz binalar, onların təmiri, sertifikatlaşma, avadanlıqların təmiri aiddir. Hamısı dövlət hesabından ayrılmış vəsaitdir. Vətəndaş bilməlidir ki, öz düzgün olmayan hərəkəti ilə dövlət büdcəsinə zərər verir”.

İndisə gəlin mətbuatda baş həkimin dediklərinə adkevat faktlara nəzər salaq: maşınlar üçün nəzərdə tutulan ehtiyat hissələrinin pulu mənimsənilir. Sənəd üzərində maşınlara ehtiyat hissələrinin alındığı göstərilir, lakin reallıqda vaəziyyət tamamilə başqa cürdür.

Ən biabırçı vəziyyət isə odur ki, bir sıra hallarda təcili tibbi yardım maşınlarında benzin olmur. Səbəb isə çox sadədir. Təcili tibbi yardım maşınlarının sürücüləri dövlətin ayırdığı yanacağı satıb özlərinə xeyir götürürlər.

Bakı şəhərində yerləşən bütün təcili tibbi yardım stansiyalarında vəziyyət acınacaqlıdır. Rauf Nağıyev köhnə problemləri aradan qaldırmaq əvəzinə, qanunsuz yollara baş vuraraq milyonlar qazanır. Sonda bir məsələni də diqqətinizə çatdırmaq istəyirik.

Deyilənə görə, Rauf Nağıyev baş həkim təyin olunandan bir neçə ay sonra Buzovnada iki villanın tikintisinə başlayıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

(politika.az)

Xəbər 5229 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +