Texasda ifrat sağçı namizəd Quranı yandırdı
Netanyahu “erməni soyqırımı“nı tanıdı
Sabah Azərbaycanda 39 dərəcə isti olacağı gözlənilir
Tramp Nobel Mükafatına ən yaxşı namizəddir - Vitkoff
Zaxarova: Qərb Zelenskiyə öz pulundan istifadə edərək...
Ağdama qatarla 12 manata gedəcəyik
Ukraynalı qadın Eyfel qülləsi yaxınlığında zorlanıb
Rusiya Xersonu oda bürüdü
Yanacaqdoldurma məntəqəsində yanğın oldu
30 il əvvəl törədilən qətlin üstü açıldı - Azərbaycanda


29.01.2024  20:51 

Lloyd Ostin Pentaqona işə qayıdıb





A+  A-

ABŞ-ın müdafiə naziri Lloyd Ostin tibbi əməliyyatdan sonra yaranan ağırlaşmalara görə müalicəsini başa vuraraq bu gün Pentaqona işə qayıdıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir. Nazir yanvarın 15-də Valter Rid adına Milli Hərbi Tibb Mərkəzini tərk etdikdən sonra öz vəzifələrini evdən yerinə yetirirdi.

Dekabrın əvvəlində Ostinə prostat xərçəngi diaqnozu qoyulmuşdu. O, dekabrın 22-də “minimal invaziv cərrahi əməliyyat” keçirmişdi. Bununla belə, yanvarın 1-də Pentaqon rəhbəri ağırlaşmalarla - qarın, bud və ayaq nahiyəsində şiddətli ağrılarla xəstəxanaya yerləşdirilmişdi. Bu dəfə onda sidik yollarının infeksiyası aşkarlanmışdı.

Eyni zamanda, müdafiə naziri yanvarın 4-dək ABŞ administrasiyasını xəstəxanaya yerləşdirilməsi barədə məlumatlandırmayıb. Ostin daha sonra bəyanat yayaraq, Ağ evə məlumat verməməklə səhvə yol verdiyini etiraf edib.

Lloyd Ostin xəstəxanaya yerləşdirilməsinə dair ifadə vermək üçün Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinə çağırılıb. Bununla bağlı dinləmələr fevralın 14-nə təyin olunub.

Xəbər 2463 dəfə oxunub.




27.08.2025  11:46 

Rusiya Xersonu oda bürüdü

26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +