Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb
Krım pilotsuz təyyarələrin hücumuna məruz qalıb
Kiyevdə rus casusu saxlanıldı
Polis 44 kiloqram narkotik vasitə aşkarlayıb
Peşə təhsil müəssisələrinə boş qalan yerlərə qəbul başlayır
Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilir?
Mirzə İbrahimov: Sizin yoxsa, bizim...
Cahangir Novruzov ölkəni tərk etməyinin səbəbini açıqladı


19.07.2018  13:06 

Sabahın HAVA PROQNOZU açıqlandı





A+  A-

İyulun 20-nə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin XəzərNews.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

İyulun 20-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırırıq.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyulun 20-21-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Xəbər 3322 dəfə oxunub.




26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +