Netanyahu “erməni soyqırımı“nı tanıdı
Sabah Azərbaycanda 39 dərəcə isti olacağı gözlənilir
Tramp Nobel Mükafatına ən yaxşı namizəddir - Vitkoff
Zaxarova: Qərb Zelenskiyə öz pulundan istifadə edərək...
Ağdama qatarla 12 manata gedəcəyik
Ukraynalı qadın Eyfel qülləsi yaxınlığında zorlanıb
Rusiya Xersonu oda bürüdü
Yanacaqdoldurma məntəqəsində yanğın oldu
30 il əvvəl törədilən qətlin üstü açıldı - Azərbaycanda
Kimlərə sosial ödənişlər verilməyəcək?


07.08.2025  14:50 

“Azəriqaz”ın xanım əməkdaşına hücum edən şəxs həbs olundu





A+  A-

Avqustun 6-da paytaxtın Nizami rayonunda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşına qarşı xuliqanlıq etmiş şəxs məsuliyyətə cəlb edilib.

XəzərNews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, qurumun qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingər-mütəxəssis vəzifəsində işləyən xanım əməkdaşları mənzilə baxış keçiriblər.

Onlar həmin yaşayış sahəsindən qeyri-yaşayış sahəsi (ofis) kimi istifadə olunduğunu müəyyən edib, texniki şərtlərə uyğun olmadığını bildiriblər. Bu zaman 1975-ci il təvəllüdlü ev sahibi Ə.Hüseynov xanım əməkdaşın üstünə qışqırıb, təhqir edib. Xanım əməkdaşın mənzili tərk etməsinin ardından küçəyə çıxaraq onu söyməyə, təhqirlərini davam etdirməyə başlayıb, saçından tutaraq sürüməyə çalışıb.

Zərərçəkmiş şəxsin müraciəti əsasında həmin yerə gəlmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları Ə.Hüseynovu saxlayıblar. Barəsində inzibati protokol tərtib edilib.

Şəkər xəstəsi olduğunu deyən həmin şəxs “Azəriqaz” əməkdaşından üzr istəyib.

Barəsində inzibati protokol tərtib edilən təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs edilib.

Xəbər 600 dəfə oxunub.




27.08.2025  11:46 

Rusiya Xersonu oda bürüdü

26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +