Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


10.04.2018  09:26 

Dolların qiyməti ilə bağlı proqnoz





A+  A-

Son günlər dünya bazarlarında dolların məzənnəsinin möhkəmlənməsi müşahidə olunur. Azərbaycanda da insanlar növbəti devalvasiya dalğasının yaşanacağından narahatdırlar.
Dünyada baş verən iqtisadi proseslər Azərbaycan manatına necə təsir edəcək?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az-a açıqlama verib. Deputat 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyaları nəticəsində 2015-2016-cı illərdə manatın məzənnəsinin 2 dəfə aşağı düşdüyünü xatırladıb:

“2017-ci ildə isə manat 4 faiz bahalaşdı. Bu il milli valyutamız 1 dollar - 1,7 manat ətrafında nisbi sabitliyini saxlayır. Manat sözün həqiqi mənasında “üzən məzənnə”yə keçmədiyindən və hazırda onun məzənnəsi real kursa uyğun olmadığından, belə şəraitdə məzənnəni dəqiq proqnozlaşdırmaq mümkünsüzdür. Manat bazar iqtisadiyyatının fundamental prinsiplərinə əsaslanan “üzən məzənnə”rejiminə tam keçəndə, yəni milli valyutanın – manatın məzənnəsi bazarda valyutaya olan real tələb-təklif əsasında formalaşanda, təbii ki, manatın məzənnəsində müəyyən qalxıb-nmələrlə müşayiət olunan dəyişikliklər olacaq. Amma hazırda manatın məzənnəsinə daha çox təsir edən amillərdən olan neftin qiyməti 2018-ci ilin rəsmi hökumət proqnozlarından (1barrel- 45 dollar götürülüb) xeyli yuxarı olmaqla, həm də ötən ilin müvafiq dövrü ilə müqayisdə 25 faiz yüksəkdir. Bunun hesabına ödəniş balansında və xarici ticatət balansında profisit artır. Bu amillər manata müsbət təsir göstərir”.

Əli Məsimli bildirib ki, son vaxtlar Rusiyaya təpkilər daha da gücləndiyindən, bu hal onun milli valyutası rubla da təsir edir və rubl yenidən dəyər itirməyə başlayıb: “Rusiya Azərbaycanın əsas ticarət partnyorlarından olduğundan rublun dəyər itirməsi dolayısı manata da müəyyən təsir edə bilər. Amma bu, xeyli dərəcədə rublun dəyər itirməsinin dərəcəsindən və nə qədər müddət davam edəcəyindən asılı olacaq. İki nəhəng ölkə- ABŞ və Çin arasında total ticarət müharibəsi dünya iqtisadiyyatını yeni böhrana sürükləyə bilər. Çin milli valyutasını devalvasiya etsə, bunu ticarət əlaqələrində Çinin payı böyük olan bütün ölkələr, o cümlədən Azərbaycan da müəyyən dərəcədə hiss edə bilər. Ona görə də böyük ehtimalla tərəflər ümumi dil tapıb hələ ki “ticarət atışması” səviyyəsində olan qarşıdurmanın qlobal ticarət müharibəsinə çevrilməsinə imkan verməyəcəklər. Beləliklə, valyuta məzənnəsi və ya başqa yöndə bu qarşıdurmanın Azərbaycana birbaşa götürdükdə elə bir təsiri olmayacaq.

Ona görə də qeyri-adi bir şey baş verməsə, neftin qiymətinin artması və ödəniş balansında profisitin çoxalması kimi amillər yaxın vaxtlarda manatın zəifləməsi üçün fundamental faktları istisna edir və deməli nisbi sabitliyi saxlama ehtimalını artırır. Bununla belə Mərkəzi Bankın sədri bildirib ki, “biz məzənnənin çevikliyini artırmaq istəyirik”. Mərkəzi Bank manatın məzənnənin çevikliyini necə artıracaq və çeviklik artanda bu, son aylar formalaşmış məzənnəyə (1dollar = 1,7 manat) necə təsir edəcək, bunu zaman göstərər”.

Xəbər 3806 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +