Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


05.09.2017  13:56 

“O pulun 77 min manatından xəbərim olub”





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən MTN polkovniki Vüqar Güləli, Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məlumata görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə şahidlər ifadə verib.

Şahid Əlihüseyn Mahirov məhkəmədə və polisdə işlədiyini, oğlunun həbsdən buraxılması üçün 5 min manat verdiyini deyib: “Gəlinim Səriyyədən pul alandan sonra onu qorxudublar. Ceyhun məndən 5 min istədi, pulu düzəldib verdim. Mənə dedi sən gəlmə, işi korlayarsan. Guya oğlumu həbsdən buraxacaqdılar. Sonra bildim ki, gəlinim Ceyhun İbayevə 147 min manat verib”.

C.İbayev deyib ki, həmin puldan 30 min manat qaytarmağı Vüqar Güləli öz öhdəsinə götürüb.

V.Güləli isə 147 min yox, 77 min aldığını deyib: “Anama söz vermişəm ki, düzünü danışacam. Bu pulun 77 minindən xəbərim olub. Ordan 7 min manat işin düzəlməsi üçün vermişəm, 47 min də Vüqar Əsədova çatıb”.

Şahid Elçin Orucov deyib ki, atası Əkbər Orucovdan onun polisdə işə düzəldilməsi üçün 8 min manat versə də, iş həll edilməyib.

Məhkəmə prosesi sentyabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, V.Güləli ləğv edilmiş MTN-nin Laçın rayon şöbəsinin rəisi işləyib, daha sonra nazirlikdə İranla iş üzrə şöbənin rəisi olub. Nicat Əliyev və Anar İsmayılov isə Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrində mühafizə rəisi işləyiblər.

V.Güləli və Nicat Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, digərləri barəsində isə başqa yerə getməmək qərarı verilib.

(qafqazinfo.az)

Xəbər 2703 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +