“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi
Astara İcra Hakimiyyətinin tenderi ləğv edilib
İcra başçısını söydü, 100 manat cərimə olundu
ABŞ prezidenti mənə evakuasiya təklifi etdi - Zelenski
Avqustda 39 kiberhücum müəyyən olunub
Putin və Zelenski danışıqlara hazır deyillər - Tramp
Yeniyetmə su kanalında boğulub


23.10.2023  19:42 

Ermənilərin daha bir dezinformasiyasının qarşısı alındı





A+  A-

Ermənistan Azərbaycanın Qarabağda apardığı antiterror əməliyyatı zamanı Beynəlxalq Sosial İşçilər Federasiyasının (IFSW) sosial media hesablarında qeyri-obyektiv informasiya yaymağa nail olub.

Ölkəmizi qurumda təmsil edən "Azərbaycan Sosial İş" İctimai Birliyi İdarə Heyəti adından federasiyasının prezidenti Joachim Mumbaya, IFSW Avropan qolunun prezidenti Ana Radulescuya və IFSW-nun katibi Pascal Rudiyə Ermənistan tərəfininin yaydığı bəyanatın doğru olmadığı ilə bağlı məlumat ünvanlanıb.

Bu barədə məlumatı Xəzərnews.az-a İB -dən veriblər.

Beynəlxalq Sosial İşçilər Federasiyası Azərbaycan tərəfinin müraciətindən dərhal sonra bəyanatına düzəliş edib.

Xatırladaq ki, dünyada Beynəlxalq Sosial İşçilər Federasiyasına 140, Avropada isə 35 ölkə üzvüvdur.

"Azərbaycan Sosial İş" İctimai Birliyi 2012-ci ildən Beynəlxalq Sosial İşçilər Federasiyasının üzvüdür və ölkəmizi sosial iş sahəsində təmsil edən yeganə birlikdir. İctimai Birlik Federasiyasının Avropa qolunun ölkə nümayəndələrinin hər il keçirilən yığıncağında online və ya offline iştirak edir.




Xəbər 3430 dəfə oxunub.




04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub

03.09.2025  14:05 

AFFA bu klubları cərimələdi

03.09.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +