Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


31.08.2022  10:35 

Mixail Qorbaçovu niyə lənətləyirik?





A+  A-

Mixail Qorbaçov 92 yaşında dünyasını dəyişib. Azərbaycanda 1990-cı il 20 yanvar faciəsinə və Dağlıq Qarabağdakı erməni separatizminin alovlanmasına şərait yaratdığına və ya qarşını ala bilmədiyinə görə sevilməyib, hansı siyasi qütbdə olmasından asılı olmayraq bütün azərbaycanlılar tərəfindən lənətlənib.

Amma o, dünyanın siyasi xəritəsini dəyişən, Sovet İttifaqının labüd süqutunu sürətləndirmiş şəxs kimi xatırlanır.

Dünən yubileyini qeyd etmədiyimiz müstəqillik bəyannaməsi belə ozamankı Azərbaycan hakimiyyətinin Qorbaçova qarşı demarşı kimi meydana çıxmışdı. Daha doğrusu, Qorbaçov-Yeltsin cütlüyünün QKÇP qiyamını yatıraraq qalib gəlməsindən sonra qiyama qarşı açıq əks mövqe tutmamış yerli siyasi elitadan qisas alınma ehtimalının olması ozamankı rəhbərliyi müstəqillik barədə ilk hüquqi aktın parlamentdə təsdiqlənməsini tezləşdirməyə məcbur etmişdi.

İstəsək də, istəməsək də, bugünkü dünya xəritəsi, Sovet imperiyasının, sosilaist düşərgəsinin yerində yeni dövlətlərin meydana gəlməsi həm də onun "xidmətləri"nin nəticəsidir.

Sovet İttifaqı onsuz da dağılacaqdı, yarandığı gün dağılma mexanizmi də işə düşmüşdü. Bu işi sürətləndirdiyinə görə bütün mütərəqqi bəşəriyyət kimi biz də onu minnətdarlıqla yad edir, amma o prosesi qanla, qada ilə, etnik münaqişələri qızışdırmaqla apardığına görə lənətləyirik.

Tanrı bizə o, başladığı işin məntiqi sonunu görməyi də nəsib etsin.

Cəmaləddin Quliyev

Xəbər 3182 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +