Xəzər Universitetinə yeni rektor təyin edildi
Bakı Sağlamlıq Mərkəzində nə baş verir?
Kiyevdə azərbaycanlı ata-oğul güllələndi
“Görüş”də normativ tələblər pozulub
Yanukoviç indi niyə üzə çıxıb? - ŞƏRH
Donald Tramp “həyəcanlı“ açıqlama verəcək
“Azərkosmos“ 32,25 milyon manat zərər edib
Finlandiyada öldürülən azərbaycanlı iki uşaq anası olub
Cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub
Ramazan Kadırov yeriyə bilmir


16.01.2022  11:00 

İşıqdan gizlənən yarasalardı...





A+  A-

Keçmiş nazirlər, vaxtilə dövlətdə yüksək post tutmuş adamlar inkişaf etmiş ölkələrdə ekspert kimi fəaliyyət göstərir, öz təcrübələrini cəmiyyətlə, xüsusilə gənclərlə bölüşürlər.

Məsələn, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin "Hürriyyət" qəzetində köşə yazırdı. Çillər uzun müddət universitetdə dərs dedi. Rəhmətlik Məsud Yılmaz ömrünün sonuna kimi müxtəlif konfranslarda, seminarlarda mühazirə söylədi.

Azərbaycanda isə qəribə tendensiya hökm sürür. Bizim nazirlər işdən çıxan kimi yoxa çıxırlar.

Keçmiş Müdafiə naziri Səfər Əbiyev o gün hansısa tədbirdə görünüb. Saytların əksəriyyəti bu hadisəni günün xəbərinə çevirdi. Bəlkə də Səfər Əbiyev məhbəsdən çıxsaydı, bu qədər ajiotaj doğurmazdı.

Bilirsiniz, niyə belədir?

Çünki bu adamlar işdən çıxan kimi özlərini cəmiyyətdən təcrid edir, bir küncə çəkilib uzun illər ərzində yığdıqlarını xımır-xımır yeməklə məşğul olurlar. Tək qalmağa, qaranlıqda yaşamağa üstünlük verirlər. Özləri ilə birlikdə həm də pis əməllərinin gün işığına çıxmağından qorxurlar.

Ziya Məmmədov hardadır? Siz onun Zərdabda taxıl əkdiyinə, göyərti becərdiyinə inanırsınız?

O vaxt da yazmışdım, bu adam qoyun saxladığını deməklə, əslində, bizi qoyun yerinə qoymaq istəmişdi.

Mən də cavabını dərhal vermişdim. Yazmışdım ki, sən çoban ola bilərsən, amma biz qoyun deyilik.

Ziya müəllim uzun illər Nəqliyyat naziri işləyib. Sizcə, Azərbaycan Texniki Universitetində Yol hərəkətinin təşkili və təhlükəsizliyi fakültəsində dərs deyə bilməz? Məntiqlə, nazir işlədiyinə görə bu sahədə zəngin təcrübəsi də olmalıdır.

Niyə bu təcrübıni tələbə-gınclərlə bölüşmür?

Eyni sözləri Səfər Əbiyev haqda da demək olar? Nədən ölkənin ən stajlı generallarından olan Səfər müəllim Hərbi Akademiyada müəllim işləməsin?

Məntiqlə, işləməlidir. Amma mən işləməyini istəmirəm. Səbənini yazının axırında yazacam.

Heydər Babayev, Füzili Ələkbərov, Elmar Məmmədyarov, Əbülfəs Qarayev hardadır?

Niyə bir dəfə üzə çıxıb vaxtilə rəhbərlik etdikləri sahələrə aid məsləhət vermirlər?

Mənim ağlıma bir versiya gəlir: Bu adamların xalqın içinə çıxmağa üzləri, deməyə sözləri yoxdur.

Buna görə də öz hücrələrinə çəkilib rüşvət və korrupsiya hesabına yığdıqlarını dərman kimi üyütməklə məşğuldurlar.

Sonda Səfər Əbiyevin Hərbi Akademiyada müəllim işləməsini niyə istəmədiyimi yazım, söhbətə nöqtə qoyaq.

Səfır müəllim 18 il Müdafiə naziri işləsə də, işğal altlnda olan bir qarış torpağı belə azad edə bilmədi. Kursantların qarşısına hansı üzlə çıxacaq? Tutaq ki, özündə güc tapıb çıxdı. Nə deyəcək? Hansı məsləhəti verəcək? Erməninin qabağından necə qaçmağı öyrədəcək?

İgid kursant balalarımızın belə "müəllim"ə ehtiyacı yoxdur. Elə öz hücrəsində otursa yaxşıdır.

Eyni sözləri Ziya Məmmədova da şamil etmək olar. O, tələbələrə ancaq rüşvət almağın "sirlərini" öyrədə bilər. Öyrətməsə yaxşıdır.

Sözüm indiki nazirləridir: Elə işləyin ki, sabah camaatın içinə çıxmağa üzünüz olsun. Tərki-dünya olmaq kənardan yaxşı görünmür.

Uzun illər əvvəl Səməd Vurğunun "Vaqif" dramında oxumuşdun: "İşıqdan gizlənən yarasalardır".

Seymur VERDİZADƏ

Xəbər 3227 dəfə oxunub.



03.09.2025  10:19 

Tiktoker Xosrov həbs olundu

02.09.2025  13:23 

Ramazan Kadırov yeriyə bilmir

02.09.2025  12:55 

Sabahın hava proqnozu açıqlandı

02.09.2025  10:40 

Ukrayna Rostova hücum edib

01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +