Parlamentin növbədənkənar sessiyası çağırıldı
Rusiya özünü heç kimlə qapatmır -Putin
Metro və avtobus ödənişləri ilə bağlı mühüm xəbər - İlin sonuna qədər…
Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”


07.01.2022  15:55 

Əliyev Qarabağda “rus icması” planına qarşı hərəkətə keçdi





A+  A-

Əliyev hakim “Vahid Rusiya” partiyasının üzvü Vitali Milanovun Qarabağa qanunsuz səfəri ilə bağlı Medvedevə etiraz məktubu göndərdi: bu etiraz rəsmi Bakının Moskvaya ərazi bütövlüyü və suverenliyi məsələsində güzəşt olmayacağını ən yüksək səviyyədə çatdırmasıdır.

Milanov Qarabağda “rus icması” planının aparıcı fiqurudur və bu planın indi aktivləşdirilməsi səbəbsiz deyil:

- Azərbaycan-Ermənistan sərhədinin müəyyən edilməsi ilə İrəvanın oyundankənar vəziyyətə düşəcəyi məlumdur və bu, Qarabağdakı separatçı-terrorçuların bizim daxili məsələmiz olduğu faktını daha da gücləndirəcək;

Paşinyanın “Qarabağın statusu” ilə bağlı son açıqlaması da İrəvanın separatçı-terrorçuları rusların qucağına itələdiyini deməyə əsas verir;

- Ermənistanın oyundan çıxması Qarabağda güc balansını Azərbaycanın xeyrinə dəyişəcək və bu, rus sülhməramlılarının bölgədə nəzərdə tutulan vaxtdan daha çox qalması perspektivini də zəiflədir;

Rusiya məhz indi – Ermənistanın oyundan çıxması prosesinin getdiyi vaxtda “rus icması” kartını da işə salır: bu, Moskvanın bölgədə mövcudluğunu davam etdirmək “arqumentini” gücləndirmək və əlavə rıçaqlar qazanmaq planıdır;

Rəsmi Bakı bu plana qarşı ən yüksək səviyyədə mövqe ortaya qoydu. Və Əliyev bununla Rusiyaya açıq mesaj verdi ki:

- “Rus icması” planından xəbərdarıq;

- Ərazi bütövlüyü və suverenliyimiz məsələsində güzəşt olmayacaq;

Rəsmi Bakının ən yüksək səviyyədə etirazı Qazaxıstan hadisələri fonunda da xüsusi diqqət çəkir. Əliyevin mümkün risklərə qarşı Qarabağda müəyyən gedişlər edəcəyi də istisna deyil.

Asif Nərimanlı

Xəbər 2814 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +