Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


24.09.2019  11:32 

Xalq artistinin səhhəti yenidən pisləşdi





A+  A-

Xalq artisti Naibə Allahverdiyevanın səhhəti yenidən pisləşib.
XəzərNews.az xəbər verir ki, bu barədə məşhur aktrisa “Elgizlə izlə” proqramına telefon vasitəsilə qoşularaq məlumat verib.

Türkiyədə müalicə alan N. Allahverdiyeva qeyd edib ki, ağır dərmanlar qəbul edir: “MRT olundum, boynumu dopler etdilər. Psixiatr məni danışdırdı, kardioloq iki dərman yazdı. Evə gəlib həmin dərmanları qəbul etdim. İki-üç gündən sonra vəziyyətim yenidən pisləşdi. Hər dəfə xəstəxanaya getmək olmur, mən İstanbulda uzaqda qalıram. Maşın tutub Şişliyə gedirəm.

Bundan əvvəl isə təcili yardım maşını gəlmişdi, xəstəxanaya apardılar. Ağır iynələr vurdular, bütün bədənim keyimişdi. Bilirsiz, burada hər şey ödənişlidir. Qayıtmaq istəyirəm, amma alınmır. Təzyiqim anbaan artır. Bütün bədənim yanır. Səhərə kimi yata bilmirəm. Xəstəxanaya gedirəm, külli miqdarda pul istəyirlər”.

Qeyd edək ki, aktrisa yüksək qan təzyiqindən əziyyət çəkir.

Xəbər 2975 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +