Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


25.01.2019  16:42 

“ASAN xidmət”də “Azərişığ”ın daha 2 xidməti yaradıldı





A+  A-

“Çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyata alınması” və “Elektrik təchizatının layihələndirilməsi” xidmətləri fəaliyyətə başlayıb.
“Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərin sayı 15-ə çatdırılıb.

XəzərNews.az xəbər verir ki, xidmətlər sırasına daha 2 yeni xidmət əlavə olunub.

Bu gündən etibarən ölkədəki bütün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində “Çoxmənzilli binalarda yaşayış mənzillərin qeydiyyata alınması” və “Elektrik təchizatının layihələndirilməsi və quraşdırılması” xidmətləri fəaliyyətə başlayıb.

Qeyd edək ki, indiyə qədər bir sıra Mənzil Tikinti Kooperativləri (MTK) çoxmənzilli binalara ümumi texniki şərt əldə edir, bəzi hallarda əhali abonentlərdən enerji haqqının ödənişi, qeyri əhalinin ödənişi kimi qeydə alınır, sayğacla təmin edilmə prosesində vətəndaşlardan “Azərişıq ASC”-yə adiyyəti olmayan əlavə vəsait tələb edilir, bu isə vətəndaşların narazılığına səbəb olurdu.

Şəffaflıq və operativliyin təmin edilməsi, işin asanlaşdırılması məqsədi ilə “ASAN xidmət” mərkəzlərində yaradılan “Çoxmənzilli binalarda yaşayış mənzillərin qeydiyyata alınması” xidməti Azərişıq ASC ilə MTK, MMC və digər müəssisələrlə münasibətləri tənzimləyəcək. Bununlada çoxmənzilli yaşayış binalarında mənzil sahiblərinin elektrik şəbəkəsinə qoşulması üçün fərdi qaydada müraciət etmələrinə ehtiyac qalmayacaq, eyni zamanda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq onlardan qoşulma haqqı tələb olunmayacaq. Həmçinin MTK sahibləri də sənədləşmə işini yerində həll edə biləcəklər.

“ASAN xidmət” vasitəsi ilə yeni yaradılan “Elektrik təchizatının layihələndirilməsi və quraşdırılması” xidmətinə gəldikdə isə burda da sahibkarların tikəcəyi və ya quraşdıracağı yarımstansiyalar, transformatorlar, elektrik xətləri, obyektlərin daxili və xarici elektrik təchizatı layihələndiriləcək və onun əsasında tikinti quraşdırma işlərinin həyata keçirilməsi təklif olunacaq.

Xəbər 3158 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +