Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


21.08.2025  11:14 

Hüseyn Həsənovun Rusiyadakı şirkəti ləğv olundu





A+  A-

Rusiya Federal Vergi Xidməti azərbaycanlı bloger Hüseyn Həsənova məxsus, fərdi inkişafla bağlı kurslar təşkil edən “Banda” MMC-ni ləğv edib.

XəzərNews.az xəbər verir ki, bu barədə “Zvezdach” Teleqram kanalı öz mənbəsinə istinadla məlumat yayıb.

Kanalın məlumatına görə, şirkətin hüquqi ünvanı da, vəzifəli şəxslər barədə təqdim olunan məlumatlar da etibarsız olub.

“Hazırda Rusiya Federal Vergi Xidməti şirkəti ləğv etmək qərarı verib, hesablar isə artıq bloklanıb.

Bundan əlavə, Həsənovun kursları ilə bağlı ümumi məbləği 2 milyon 675 min rubl (təxminən 56,5 min manat) olan iki iddia qaldırılıb. Məlum olub ki, bloger məhkəmələrdən az əvvəl təsisçilər siyahısından çıxıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Həsənov çirkli pulların yuyulması və leqallaşdırılması işi üzrə 14 mayda axtarışa verilib və qiyabi həbs olunub. Bu maddə üzrə blogeri yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Daha sonra məhkəmə qiyabi həbsi qanuni sayıb.
Rusiya mətbuatı yazır ki, istintaq başlanandan dərhal sonra Həsənov Moskvadakı mənzilini əldən çıxarıb.

Xəbər 817 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +