Azərbaycanlı döyüşçü Moskvada həbs olundu
“Tamstore”da satışda olan kərə yağı yararsız çıxdı
Məlhəm Beynəlxalq Hospitalına sanksiya tətbiq edildi
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
“Neftçi”dən inciməmişəm” - Qurban Qurbanov
Bulvarda dənizdə batan qadın xilas edildi
ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu
Bakıda bu ərazidə hər gün zibil yandırılır
Hindistandan Azərbaycana qarşı düşmən addım
Yasamalda sürücüləri narahat edən bərbad yol


24.05.2024  15:30 

Diaspor fəaliyyətində çatışmazlıqlar var – Politoloq





A+  A-

“Azərbaycandan kənarda yaşayanların sayının Azərbaycanda yaşayanların sayından dəfələrlə çox olması normal hadisədir. İnsanlar müəyyən işlər və yaxud da daha yüksək yaşam standartları, təhsil məsələlərdən dolayı ölkə xaricinə gedir və orada yaşaya bilirlər. Bunun ifrat həddi olmadığı təqdirdə dövlətlər üçün xüsusi bir problemi yoxdur”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Turan Rzayev deyib. Onun fikirincə, dövlətlərin lobbi və diaspora fəaliyyətləri üçün xaricdə yaşayan vətəndaşlarının çox olması müsbət hadisədir:

“Xaricə beyin köçünün normadan çox olmadığı təqdirdə bu tip fəaliyyətlər əslində dövlət maraqlarına xidmət edir. Həm Azərbaycan vətəndaşları, həm də Azərbaycan əsilli soydaşlarımızın ölkə xaricində yaşadıqları bilinir. Bu Azərbaycanın ümumi əhalisindən də çoxdur. Dünya nisbətinə baxdıqda bu gün Azərbaycan xaricində ən çox soydaşlarımızın yaşadığı ölkə İrandır. Bu da tarixi faktorlarla əlaqədardır. Bu gün İranda 25-35 milyon arasında Güney azərbaycanlının yaşadığı deyilir. Avropa, Asiya, Afrika ölkələrində belə Azərbaycan vətəndaşları yaşayır”.

Politoloq hesab edir ki, vətəndaşlarımızın xarici ölkələrdə yaşaması ölkəmizin lobbi və diaspor fəaliyyəti baxımından müsbətdir:

“Bəzi ölkələrdə diaspor fəaliyyətində müəyyən çatışmazlıqlar və narahatlıqlar var. Xüsusi ilə də biz bu kimi narahatlıqları 44 günlük İkinci Qarabağ müharibəsi öncəsində, yəni işğal dövrü zamanı daha çox hiss elədik. Baxmayaraq ki, dövlətin diaspora ilə bağlı proqramları, dəstəyi var”.

Politoloq təəssüf hissi ilə bu sahədə diasporların özündə müəyyən problemlərin olduğunu qeyd edib:

“Diasporların bir-biri ilə əlaqəli olmaması, xaricdə yaşayan vətəndaşların diaspor fəaliyyətinə cəlb edilməməsi və yaxud da müəyyən vasitələrlə cəlbetmə proseslərinin effektiv alınmaması kimi məsələlər var. Ən önəmli məsələlərdən biri bizim strateji tərəfdaş müttəfiq ölkələrlə diasporların təmaslarının koordinasiyalı şəkildə və düzgün qurulmamasıdır. Məsələn, yəhudi və Türkiyə, Rusiya diasporu ilə müəyyən təmasların qurulmasına ehtiyac var. Diasporlarla əməkdaşlıq ancaq bizim işimizə yarayar. Bu gün ən önəmlisi həm də lobbi və diaspor məsələlərinin gücləndirilməsidir”.

T.Rzayev bu istiqamətdə işlərin davamlı və sistemli olmasını məqsədəuyğun hesab edir.

Jalə
Diaspora.TV


Xəbər 11515 dəfə oxunub.



01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi

01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +