907-ci düzəlişin ləğvi Azərbaycana nə vəd edir?
48 yaşlı kişi otaq yoldaşını DOĞRADI
Rusiyanın bir vilayətindən azərbaycanlılar deportasiya olunub
Məşhur məktəb-liseyin direktoru işdən çıxarıldı
Daxili siyasəti bisavad çobanlar idarə edir
Ukraynaya 2 milyon dollarlıq yardım - SƏRƏNCAM
Cəlilabadlı qadın çaqqalı əlləri ilə boğdu - VİDEO
Sərhəd Xidmətində əsgərə təzyiq olub
Tramp Putini cəzalandıracaq?
BDU-da təhsil haqları ARTIRILIB


15.08.2023  09:56 

Hacıbala Abutalıbovun atası niyə məhz Qubada dəfn edilib?





A+  A-

Quba şəhər qəbiristanlığındakı bu məzar İbrahim Abutalıbovundur. İlk təqdimatda bu ad bəlkə də heç nə demir. İbrahim Abutalıbov çox yaxın keçmişimizdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Baş nazirin müavini kimi mühüm vəzifələr tutan, professor Hacıbala Abutalıbovun atasıdır.

Naxçıvanın Ordubad rayonundan olduğu bilinən Abutalıbovlar Qubaya necə gəlib çıxıblar, Hacıbala müəllimin atası niyə məhz Qubada dəfn edilib?

Yüksək ranqlı sabiq məmurun rəsmi tərcümeyi-halında Qubanın adı heç vaxt keçməyib.

Qubanın bəzi yaşlı sakinləri xatırlayır ki, İbrahim Abutalıbovun ailəsi bir müddət bu rayonda yaşayıb, İbrahim kişi əsasən dağ yəhudilərinin məskunlaşdığı Qırmızı Qəsəbədə müəllim kimi çalışıb və 1955-ci ildə burada da vəfat edib.

İbrahim müəllimin dünyasını dəyişdiyi Qubada, şəhər qəbiristanlığında dəfn edilməsi də yəqin ki, Abutalıbovlar ailəsinin qərarı olub.

Sakinlərin dediyinə görə, İbrahim müəllimin dəfn edildiyi ərazidə təxminən 5-6 il öncə təmir-bərpa işləri aparılıb, mərhum üçün təzə başdaşı və sinədaşı qoyulub, bu yer çəpərlənib.

Amma Hacıbala müəllimin sonuncu dəfə buranı nə zaman ziyarət etdiyini kimsə dəqiq xatırlamadı.

Allah İbrahim müəllimə rəhmət eləsin!

Etibar Cəbrayıloğlu



Xəbər 2626 dəfə oxunub.




11.08.2025  12:31 

Məktəbli formaları UCUZLAŞDI

11.08.2025  11:02 

Tramp Putini cəzalandıracaq?

11.08.2025  10:53 

Sabah pensiyalar ödəniləcək

11.08.2025  10:46 

Ankarada zəlzələ oldu

11.08.2025  10:43 

BDU-da təhsil haqları ARTIRILIB

11.08.2025  10:39 

20 yaşlı oğlan dənizdə batdı


BÜTÜN XƏBƏRLƏR +