“Azərsu” yerini tapmadığı mənzilə 955 manat borc yazıb
Azərbaycanlı mer namizədi oldu
Makron da Vaşinqton Sazişini alqışlayır
Paşinyan Sazişdən yazdı
Röyanın atası vəfat edib
FHN 2 otaqlı evi 63 min manata tikdirir
Vilayət Eyvazov Xaçmazda qəbul keçirəcək
Azərbaycanlı sahibkarları “çimdikləyə“ bilərik - Deputat
Paşinyan Putinlə danışdı
“Azercell” oğurluğa davam edir - Elmi işçi


07.02.2025  12:44 

Vəzifədən vəzifəyə gedən nazirlər KİMLƏRDİR?





A+  A-

Azərbaycanda vəzifəsindən azad ediləndən sonra yenidən dövlət strukturlarında yüksək vəzifələrdə çalışmış rəhbər şəxslər çoxdur. Onların bəziləri sonradan idarəetmə sistemindən uzaqlaşsa da, bəziləri hələ də mühüm postlarda qalır.

Sfera.az həmin şəxslərlə bağlı qısa araşdırma aparıb.

Şahin Mustafayev

Qeyd edək ki, nazir, komitə sədri, bank rəhbəri vəzifələrindən uzaqlaşdırılan şəxlərin bəziləri hazırda Baş nazirin müavini və müşaviri vəzifələrində çalışır. Baş nazirin müavini olan Şahin Mustafayev 2008-ci ilin oktyabrın 31-dən 2013-cü ilin oktyabrın 22-dək iqtisadi inkişaf naziri, 2013-cü ilin oktyabrın 22-dən 2016-cı ilin yanvarın 15-dək iqtisadiyyat və sənaye naziri, 2016-cı ilin yanvarın 15-dən 2019-cu il oktyabrın 22-dək iqtisadiyyat naziri olub. Mustafayev 2019-cu ilin oktyabrından Azərbaycan Baş nazirinin müavinidir.

Samir Şərifov

Baş nazirin digər müavini Samir Şərifov 2001-ci ilin yanvarın 3-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru təyin edilib. O bu vəzifədə 2006-cı ilin aprelin 18-dək işləyib. O, 2006-cı ilin aprelin 18-də Azərbaycan maliyyə naziri təyin olunub və 2025-ci ilin yanvarın 10-dək bu vəzifədə çalışıb. S.Şərifov 2025-ci ilin yanvarın 1-dən Baş nazirinin müavini təyin olunub.

Elman Rüstəmov

Baş nazirin müşavirlərindən Elman Rüstəmov 1995-2022-ci illərdə Azərbaycan Mərkəzi Bankına rəhbərlik edib. 2022-ci ildə Rüstəmov Baş nazirin müşaviri təyin olunub.

Əhməd Əhmədzadə


1993-2004-cü illərdə Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004–2006-cı illərdə kənd təsərrüfatı nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006–2021-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb. O, 2021-ci ildə Baş nazirin müşaviri, 2024-cü ildə isə köməkçisi təyin olunub.

Fikrət Məmmədov

Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov də vəzifəsindən azad edildikdən sonra mühüm dövlət postunu tutur. 2000-2024-cü illərdə nazir vəzifəsində çalışan F.Məmmədov 2024-cü ildən Konstitusiya Məhkəməsinin hakimidir.

Kəmaləddin Heydərov


Kəmaləddin Heydərov da vəzifəsini dəyişən şəxslərdəndir. K.Heydərov 1995-2006-cı illərdə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışdıqdan sonra yeni yaradılan Fövqəladə Hallar Nazirliyinə rəhbər vəzifəsinə gətirilib. Heydərov hələ də nazir vəzifəsində çalışır.

Mikayıl Cabbarov

Mikayıl Cabbarov da bir neçə mühüm vəzifədə çalışan rəhbər şəxslərdən biridir. O, 2009-2013-cü illərdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi, 2013-2017-cü illərdə təhsil naziri, 2017-2019-cu illərdə vergilər naziri, 2019-cu ildən indiyə qədər isə iqtisadiyyat naziridir.

İnam Kərimov

Ali Məhkəmənin sədri İnam Kərimov yüksək vəzifələrlə bağlı karyerası zəngin olan şəxslərdəndir. O, 2012-2018 illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, 2018-2023-cü illərdə Kənd Təsərrüfatı naziri, 2023-cü ildən isə Ali Məhkəmənin sədridir.

Heydər Əsədov

Heydər Əsədov da mühüm vəzifələrdə çalışıb və hazırda da rəhbər vəzifədədir. O, 2007–2013-cü illərdə Hesablama Palatasının sədri, 2013-2018-ci illərdə kənd təsərrüfatı naziri vəzfələrində çalışıb. 2019-cu ildən Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

Muxtar Babayev

2018-2025-ci illərdə ekologiya və təbii sərvətlər naziri işləmiş Muxtar Babayev də vəzifəsindən azad edildikdən sonra mühüm dövlət postunu tutur. O, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsidir.

Sahil Babayev

Sahil Babayev vəzifəsinin dəyişməsinə baxmayaraq, mühüm dövlət postunu tutur. O, 2018-2025-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışdıqdan sonra əmək fəaliyyətini 2025-ci ilin fevralın 6-dan maliyyə naziri kimi davam etdirir.

Xəbər 2962 dəfə oxunub.



11.08.2025  18:14 

Azərbaycanlı mer namizədi oldu

11.08.2025  18:02 

Paşinyan Sazişdən yazdı

11.08.2025  17:09 

Röyanın atası vəfat edib

11.08.2025  15:10 

Paşinyan Putinlə danışdı

11.08.2025  14:23 

Vahan Kostanyan Tehrana gedir

11.08.2025  14:22 

Qusarda iki nəfər baltalandı

11.08.2025  12:31 

Məktəbli formaları UCUZLAŞDI


BÜTÜN XƏBƏRLƏR +