Sabiq prokuror rəisin müşaviri təyin edilib
“Məlhəm” Hospitalda körpə həkimin qurbanı olub
Nazir Peşə Agentliyinin direktorunu işdən çıxartdı
Ağcabədidə həkimlər lazım olan diaqnozu qoya bilmirlər - Deputat
Quduzluğu təyin etmək üçün 600 manat... - Naxçıvanda
Həzi Aslanov təqaüdə göndərildi
Baş direktorla müavininə ağır cəza tələb edilir
Avtobusda ödəniş edərkən DİQQƏTLİ OLUN -FOTO
Milli Məclisin qarşısında yanğın -VİDEO
Durovu qonşusu zəhərləyib?


29.09.2025  15:07 

Parisdə Natavan poeziya məclisi keçirilib - Foto





A+  A-

Paris şəhərində Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi-musiqili məclis təşkil olunub.

XəzərNews.az xəbər verir ki, tədbirdə Fransanın ədəbiyyat və intellektual dairələrinin nümayəndələri, şair və yazıçılar, həmçinin jurnalistlər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva XIX əsrin tanınmış Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın həyat və yaradıcılığı barədə məlumat verib. Səfir Natavanın Azərbaycan ədəbiyyatına və incəsənətinə verdiyi dəyərli töhfələrdən, həmçinin xeyriyyəçilik fəaliyyətindən danışıb.



Daha sonra fransız və azərbaycanlı ədəbiyyatsevərlər şairənin yaradıcılığına dair çıxış ediblər.

Marsel Dramatik İncəsənət Konservatoriyasının məzunu Alain Tremoliers, “Rives Méditerranéenes” mədəniyyət təşkilatının prezidenti, şairə Fatima Chbibane və Strasburq Universitetinin tələbəsi, tərcüməçi Sitarə Quliyeva Natəvanın poeziyasının bədii məziyyətlərini vurğulayıb, onun qəzəllərini Azərbaycan və fransız dillərində səsləndiriblər.



Şairənin qəzəlləri tar və kamança ifası ilə müşayiət olunub. Səhnədə Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, tarzən Elçin Nağıyev və Qarabağ Universitetinin dosenti, xalq artisti Elşən Mansurov çıxış ediblər. Muğamın ahəngi ilə poeziyanın vəhdəti dinləyicilərdə dərin təəssürat yaradıb.

Tədbirin sonunda iştirakçılar Mədəniyyət Mərkəzinin bağında ucaldılmış Xurşidbanu Natəvanın heykəli önündə xatirə şəkli çəkdiriblər.



Xəbər 5392 dəfə oxunub.




01.10.2025  12:20 

Durovu qonşusu zəhərləyib?

01.10.2025  12:12 

Fantastik qiymətə kəmər...-FOTO


BÜTÜN XƏBƏRLƏR +