İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


09.12.2021  19:57 

“Efirdə arvadın adını deməzlər“ - Yusif Mustafayev





A+  A-

Əməkdar artist Yusif Mustafayev yenə də açıqlaması ilə müzakirələrə səbəb olub.

XəzərNews.az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Tam vaxtıdır" proqramının qonağı olub. Verilişdə sənətçi bacısından danışıb.

O, aparıcı Roza Zərgərlinin "Bacınızın adı nədir" sualına "Bacım sağdır, nəvələri var. Bizdə efirdə arvadın adın demirik. Qadın adı deyilməz. Köhnə əsrin adamlarıyıq" reaksiyasını verib.

O bildirib ki, 8 nəvəsi var. Onlardan ikisi isə əkizdir:

"Banu və Çiçək ən balacalarıdır. Onları yığıram maşınıma. Öz avtomobilimə yerləşmirlər, avtobusum var. Səkkizini də ora otuzdurub, aparıb gəzdirirəm. İstəyirəm sayları artsın".

Y.Mustafayev Covid-19-a yoluxduğunu açıqlayıb:

"Səhhətimdə heç bir problem yoxdur. Koronavirusa yoluxdum, salamat başa vurdum. Bilirdim tutacam, qonşu gəlir-gedir. Keçməli idi".

Xəbər 3232 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +