ABŞ Rusiya, Çin və İrana qarşı olan layihədən çıxır?
Zelenski: Putin hazırda zəif vəziyyətdədir
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü
İçkili halda uşaq doğan ana onu pəncərədən küçəyə atdı
Xəstənin 40 minini alıb, tort kəsib lağa qoydular
Evlərdən oğurluq edən şəxslər saxlanıldı
Sumqayıt-Bakı istiqamətində yol 1 saat bağlı olub
Sərnişinlər 17 nömrəli avtobusdan pulsuz istifadə etdilər
Etirazçılar prezidentin iqamətgahını yandırdılar
Evlərdən oğurluq edən şəxslər saxlanıldı


05.02.2020  17:29 

MSK Fərəc Quliyevin səsyazısı ilə bağlı qərar verdi





A+  A-

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayətinə baxılıb.
XəzərNews.az xəbər verir ki, müraciəti səsləndirən MSK üzvü Ramiz İbrahimov bildirib ki, namizəd Mehman Hüseynov müraciətində bildirib ki, eyni dairədən olan namizəd Fərəc Quliyev təşviqat dövründə ona müraciət edib.

M. Hüseynov qeyd edib ki, Fərəc Quliyev onun mobil telefonuna yığaraq görüşmək istədiyini bildirib. F. Quliyev onunla təkbətək görüşüb və namizədliyinin geri götürülməsi üçün 15 min manat pul təklif edib. Audiomaterial sosial şəbəkələrdə geniş yayılıb.

MSK məsələyə baxaraq Fərəc Quliyevə xəbərdarlıq edib.

***

Araşdırma dövründə Fərəc Quliyevin izahatı alınıb və o qeyd edib ki, söhbət 45 dəqiqə davam edib. Səs yazısı montaj edilib və 10 dəqiqəlik səs yayımlanıb.

Bu zaman MSK Mehman Hüseynovla da əlaqə saxlayıb. Ramiz İbrahimov əlavə edib ki, Mehman Hüseynova həmin audioyazının tam hissəsini MSK-ya təqdim etmək təklif edilib: “Ancaq o bunu bizə təqdim etməyib. Bildirib ki, lazım olsa KİV-də bunu tam yayımlayacaq”.

Xəbər 2904 dəfə oxunub.




08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb


BÜTÜN XƏBƏRLƏR +