Polis 44 kiloqram narkotik vasitə aşkarlayıb
Peşə təhsil müəssisələrinə boş qalan yerlərə qəbul başlayır
Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilir?
Mirzə İbrahimov: Sizin yoxsa, bizim...
Cahangir Novruzov ölkəni tərk etməyinin səbəbini açıqladı
Yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır
Binəqədi və Nərimanovda işıq olmayacaq
Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...


20.10.2018  15:27 

Baş Prokurorluqdan azad olunan MTN-çilərlə bağlı - Açıqlama





A+  A-

Bəzi kütləvi informasiya vasitələrində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bəzi vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmaları ilə əlaqədar yayılmış informasiyalar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunub.
Qurumdan XəzərNews.az-a daxil olan məlumata görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı tamamlanmış cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə həmin nazirliyin sabiq vəzifəli şəxsləri Sübahir Qurbanov, Fizuli Əliyev, Teymur Quliyev, Zaur Məmmədov, Natiq Alıyev, Natavan Mirvətova, Fərhad Atayev, Elşad Əzizov, Anar Şirəliyev və Eşqin Əliyev müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Həmin hökmlə az ağır cinayət törətmələri, istintaqla yaxından əməkdaşlıq etmələri və cəzalarını yüngülləşdirən digər hallar müəyyən olunaraq təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrinin sanksiyası daxilində 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub və cəzasının əvvəli 17 oktyabr 2015-ci il tarixdən olan Eşqin Əliyev, eləcə də cəzasının əvvəli 18 oktyabr 2015-ci il tarixdən olan Anar Şirəliyev cəza müddətlərinin sona çatması ilə əlaqədar azadlıqdan məhrum etmə cəzasından azad olunublar.

Hökmdən müdafiə tərəfinin və zərərçəkmiş şəxslərin verdikləri apelyasiya şikayətlərinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xəbər 3061 dəfə oxunub.




25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +