Netanyahu “erməni soyqırımı“nı tanıdı
Sabah Azərbaycanda 39 dərəcə isti olacağı gözlənilir
Tramp Nobel Mükafatına ən yaxşı namizəddir - Vitkoff
Zaxarova: Qərb Zelenskiyə öz pulundan istifadə edərək...
Ağdama qatarla 12 manata gedəcəyik
Ukraynalı qadın Eyfel qülləsi yaxınlığında zorlanıb
Rusiya Xersonu oda bürüdü
Yanacaqdoldurma məntəqəsində yanğın oldu
30 il əvvəl törədilən qətlin üstü açıldı - Azərbaycanda
Kimlərə sosial ödənişlər verilməyəcək?


19.10.2018  15:19 

Yasamal Yaşayış Kompleksindəki növbəti sosial evlər SATIŞA ÇIXARILIR





A+  A-

Yaxın vaxtlarda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində növbəti binalardakı mənzillərin satışına başlanacaq.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova bildirib.

D.Dadaşova qeyd edib ki, konkret tarix bəlli olmasa da, yaxın müddətdə növbəti binalardakı mənzillərin satışı ilə bağlı elan veriləcək.

MİDA rəmisi həmçinin deyib ki, Yasamal Yaşayış Kompleksində tikilən binların hamısı hazırdır və tam təmirlidir.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində ümumilikdə 29 bina var. MİDA tərəfindən ilk dəfə 2018-ci ilin may ayında Yasamal Yaşayış Kompleksində sosial mənzillərin satışı təşkil edilsə də, sonradan prosedur dayandırıldı və nəticələr ləğv edilib. Növbəti dəfə sentyabr ayının 5-də Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzil satılıb.

Nəticədə şəhid ailəsinin üzvü olan 4 nəfər, məcburi köçkün və onlara bərabər tutulan 47 nəfər, ən azı 3 il dövlət qulluğunda olanlardan 39 nəfər mənzil sahibi olub. Həmçinin, ən azı 5 il ümumtəhsil məktəblərində müəllim işləyənlərdən 28 nəfər, fəlsəfə doktoru olanlardan 3 nəfər, idman sahəsində xüsusi xidmətləri olan 5 nəfər, elmlər doktoru elmi dərəcəsi olan 7 nəfər, ən azı 15 il dövlət qulluğunda çalışan 35 nəfər, ən azı 3 il hərbi qulluqda olan 104 nəfər, ən azı 3 il daxili işlər orqanlarında xidmət edən 48 nəfər, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilərdən 4 nəfər “sosial ev” sahibi olub.

Xəbər 3145 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2025  11:46 

Rusiya Xersonu oda bürüdü

26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +