Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


24.04.2017  15:53 

Siqareti atmaq istəyənlər üçün kabinet açıldı





A+  A-

Bu gündən etibarən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşəbbüsü ilə 1 saylı “ASAN xidmət” mərkəzində “Tütünlə mübarizə kabineti” yaradılıb.
XəzərNews.az bildirir ki, bu haqda Modern.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Kabinetdə fəaliyyət göstərən həkim Səbinə Babazadə Modern.az-a deyib ki, pilot layihə 2 gün davam edəcək:

“Siqaretdən imtina etmək istəyən insanlar üçün kabinetdə lazımi psixoloji və tibbi yardım verilir. Ötən ilin noyabrında bizim Mərkəzdə tütünlə mübarizə kabineti yaradılıb. Siqaret çəkən çox sayda insan tütündən asılılıqdan qurtulmaq üçün bizə müraciət edirlər. Onlar arasında 14 yaşlı yeniyetmədən tutmuş 60 yaşlı insana qədər hər yaşdan olan insanlar var. Həmin 60 yaşlı adam gün ərzində 60 ədəd siqaret çəkirdi. Bizə müraciətdən sonra isə o, gün ərzində 15 siqaret çəkməyə başladı. Hətta onun ailə üzvlərindən bizə çox saylı təşəkkür edənlər oldu.
Tütündən asılılığı aradan qaldırmaq üçün ilkin olaraq şəxsin iradəsi, bu işə istəyi vacibdir”.
S.Babazadə bildirib ki, 2 saat ərzində kebinetə 4 nəfər müraciət edib:
““Tütündən imtina” kabineti bu gün saat 1-dən fəaliyyətə başlayıb, 2 saat ərzində artıq 4 nəfər şəxs bizə müraciət edib. Layihənin davamlılığı vətəndaşların müraciətindən, maraq göstərməsindən asılı olaraq dəyişəcək”.
S.Babazadə bildirib ki, müraciət edənlər arasında xanımlar da var.

Xəbər 3310 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +