Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze
Ukraynanı işğal etməklərinə imkan verməyəcəyik -Zelenski
Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı


29.01.2021  08:42 

“Türkiyə ilə əməkdaşlıq həyati vacibdir” - Zərif





A+  A-

“Türkiyə-İran regional əməkdaşlığı həyati əhəmiyyət kəsb edir”.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ankaraya səfəri ərəfəsində İran Dövlət Televiziyasının efirində bildirib.

“Bizim münasibətlərimiz daimi məsləhətləşmələr tələb edir, çünki bizim ikitərəfli münasibətlərimiz, eləcə də regional əməkdaşlığımız həyati əhəmiyyətə malikdir”, - Zərif deyib.

O, Tehranda Türkiyə ilə əlaqələrə son dərəcə vacib əhəmiyyət verildiyini vurğulayıb.

İran nazirinin sözlərinə görə, onun Türkiyəyə səfəri zamanı ikitərəfli və regional məsələlər, o cümlədən tranzit marşrutlarının qurulması və Qafqaz regionunda möhkəm sülhün bərqərar edilməsi məsələləri müzakirə olunacaq.

“Qafqazda sülhün möhkəm olması üçün əməkdaşlıq yolu ilə bunun üçün ilkin şərait yaradılmalıdır”, - deyə o qeyd edib.

Diplomat Dağlıq Qarabağ üzrə “6-lı əməkdaşlıq platforması”nın formalaşdırılması məsələsinə də toxunub: “Bu mexanizm daha əvvəl Prezident Ərdoğan və regiondakı digər hakimiyyətlər tərəfindən də qeyd olunub. Mən bu mövzuda bir neçə dəfə danışıqlar aparmışam. Onların nəticələrini Türkiyə hakimiyyəti ilə bölüşəcəyəm, çünki bu, vacib məsələdir, xüsusilə tranzit marşrutları ilə bağlı əməkdaşlıq səviyyəsində”, - İran XİN başçısı deyib.

Qeyd edək ki, Qarabağ zəfərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bölgənin sülh və rifahı üçün “6-lı əməkdaşlıq platforması”nın yaradılması planlaşdırılıb. Bununla bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi, nəqliyyat və enerji başda olmaqla müxtəlif sahələrdə əməkdaşlığın aparılması hədəflənir.

Xəbər 2797 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları

12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +