Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


05.06.2020  11:21 

Arvadını öldürmək istəyən şəxs təslim oldu





A+  A-

Bakıda arvadını öldürmək istəyən şəxs təslim olub.
Sabunçu Rayon Prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, iyunun 4-də saat 21 radələrində paytaxtın Sabunçu qəsəbə sakini 1990-cı il təvəllüdlü Günel Babayevaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

G.Babayevanın hadisə yerində olan şəxslərin köməkliyi ilə vaxtında xəstəxanaya yerləşdirilməsi nəticəsində həyatını xilas etmək mümkün olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1986-cı il təvəllüdlü Ramiq Dadaşovun yaşadıqları evdə aralarında qısqanclıq zəminində yaranmış münaqişə zamanı onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

R.Dadaşov könüllü gələrək cinayətin aləti olan bıçağı istintaqa təqdim edib. R.Dadaşov şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 3031 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +