“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


07.02.2020  11:19 

İrandan gələn təyyarə son anda vurulmaqdan qurtuldu





A+  A-

İsrail ordusu 172 sərnişini olan təyyarənin enişi zamanı Suriyanı vurub.
XzəərNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə fevralın 6-sı gecə saatlarında baş verib. İsrailin “F-16” qırıcıları Dəməşqin ətrafındakı yerlərə raket zərbələri endiriblər. Bu zaman Tehrandan hərəkət edən “Airbus-320” təyyarəsi eniş etməyə hazırlaşıb.

Təyyarə zərbələr nəticəsində Rusiyanın Xmeymim aviabazasına təcili eniş etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, yanvarın 8-də Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya düşüb. Nəticədə 176 nəfər həlak olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.

İnsidentdən günlər sonra İran hakimiyyəti təyyarənin təsadüfən vurulduğunu açıqlayıb.

Xəbər 3394 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +