“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


09.09.2025  18:16 

Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı





A+  A-

Ağdamdan olan məcburi köçkün ailəsinin 30 il yaşadığı evdən çıxmaq üçün sahibindən 20 min manat tələb etdiyi, pul verilmədiyi üçün isə evi sökərək yararsız hala saldığı iddia olunur.

XəzərNews.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə ev sahibi sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, 1993-cü ildə Ucar rayonunda yerləşən “Azərittifaq”dan qalma quşçuluq fermasındakı evini Ağdamdan olan məcburi köçkün Əfəndiyev Vəli Haqverdi oğluna yaşamaq üçün verib. O bildirib ki, məcburi köçkün ailəsi bu yaxınlarda evi və fermanın bir hissəsini, ona məxsus sexi sökərək dağıdıb, texnikanı isə satıblar:

“Dedi ki, 20 min manat verməsən, erməni necə Ağdamı dağıdıbsa, mən də buranı dağıdacağam. Gedəndə də sökdülər. Transformatorumu, yem aparatımı satıblar, sexi dağıdıblar. Fermamda heç nə qalmayıb. Otaqlara baxın, görün nə günə qoyublar. Hamısını traktorla qəsdən söküblər. 30 il yaşamısan burada, nəyə görə sökürsən? Döşəmələri linglə deşiblər. Evin damını traktorla qopardıblar ki, sonradan burada yaşamaq mümkün olmasın. 20 ağacımı da kəsiblər”.



Xəbər 2001 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +