Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu


26.08.2025  12:37 

Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb





A+  A-

İsrailin baş naziri Benyamin Netanyahu avqustun 25-də İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzzada Nasser xəstəxanasına endirdiyi və dünya agentliklərinin jurnalistləri də daxil olmaqla 19 nəfərin ölümü ilə nəticələnən zərbəni X sosial şəbəkəsində şərh edib.

XəzərNews.az xəbər verir ki, Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb və “İsrailin bundan dərin təəssüfləndiyini” bildirib.

İsrail baş nazirinin sözlərinə görə, ölkə jurnalistlərin, tibb işçilərinin və bütün mülki şəxslərin əməyini yüksək qiymətləndirir. Hərbi rəhbərlik zərbə ilə bağlı hərtərəfli araşdırma aparır.

"Bizim müharibəmiz HƏMAS terrorçularına qarşı müharibədir. Bizim ədalətli məqsədlərimiz HƏMAS-ı məğlub etmək və girovlarımızı evlərinə qaytarmaqdır", - o yazıb.

Xəbər 1713 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +