“Green Card” müraciəti pullu oldu
Uğur istinadımız: Təşəkkürlər, “Qarabağ“!
Nazirin sabiq müavininin əmlakı müsadirə edildi
Alim Qasımov bəzi jurnalistlərdən gileylənib
“Bakı Kart“ın rəhbəri dəyişdi
Bu qurumların əməkdaşları 5 gün evdən işləyəcək
Tramp və xanımı Melaniya Britaniyada səfərdədirlər
Ukrayna Belqorodu vurdu
Gürcüstan Azərbaycana olan borcunu tamamilə bağladı
Nazirlər ya telefonu götürmür, ya da... - Deputatdan sərt açıqlama


19.12.2017  09:46 

Bakıda yolkaların qiyməti qalxıb





A+  A-

Bakıda Yeni il yolkalarının qiymətti bahalaşıb.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, Hazırda ən ucuz qiymətlər metro stansiyalarının çıxışlarında qurulan çadır-yarmarkalardadır. “Gənclik” metrostansiyasının çıxışındakı yarmarkada ən bahalı yolka 120 manata satılır. Burada hündürlüyü 2 m olan yolkanı 55 manata da almaq olar. Balaca yolkaların qiymətləri 3 - 40 manat arasında dəyişir.

Yolkanın bəzədilməsi üçün oyuncaqların qiymətləri 1.50 manatdan başlayır, 22 manata kimi yüksəlir. Burada zərlərin qiyməti 1 manat təşkil edir. Yolka ağacını işıqsız təsəvvür etmək çətindir. Yarmarkadakı işıqların qiymətini də öyrəndik: 1.50-7 manat arasındadır. Uşaqların sevimli oyuncaqlarından olan şarın qiyməti çox ucuzdur: 5-20 qəpik.

“Nərimanov” metrostansiyasının qarşısında açılan yarmarkalarda qiymət bir qədər bahadır. Burada 3 yarmarka var. Bu yarmarkalardan birində hündürlüyü təxminən 2 metr olan yolkanın qiyməti 150 manat təşkil edir. Burada şarları vahid qiymətə -10 qəpiyə satırlar. Şaxta baba, Qar qız oyuncaqlarının ən ucuzu 3 manat, ən bahalısı 50 manatdır. Yolka işıqlarının qiymətləri 3 manatdan başlayır və 50 manatda bitir.

Maraqlıdır ki, “Nəsimi” bazarında qiymətlər nisbətən ucuzdur. Burada yolka çeşidləri az idi, qiymət əsasən 6-55 manat arasında dəyişirdi. Oyuncaqların ən bahalısı 20 manat idi. Qarşıdan gələn “İt ili” ilə əlaqədar ən çox it oyuncaqlarına üstünlük verilir: qiymət 1-20 manat. Şaxta baba, Qar qız oyuncaqları 3-50 manat arasında dəyişirdi.

“Gənclik Mall” da yerləşən “Bravo” mağazalar şəbəkəsində ən bahalı yolkanın hündürlüyü 180 sm, qiyməti 100 manatdır. Oyuncaqlar isə nisbətən bahadır: 12 qəpikdən tutmuş 38 manata kimi. Satıcı bildirib ki, qiymət baha da olsa, oyuncaq alanlar az deyil. Ən bahalı Şaxta baba oyuncağı burada 56 manatdır, Qar qızın qiyməti isə 29 manatdır.

Xəbər 3509 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.09.2025  15:35 

Bakıda uşaq bağçada yaralandı

17.09.2025  15:33 

Futbolçu oyun zamanı öldü

17.09.2025  12:11 

Ukrayna Belqorodu vurdu

17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı


BÜTÜN XƏBƏRLƏR +